Səlahiyyətli iqtisadi operator statusu ilə bağlı yeni qaydalar hazırlanır

Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlər, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtlərin, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasının layihəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər