Rusiya mənşəli “Potok Dannix” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycandakı Nümayəndəliyi ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, şirkət kreditorlərin tələblərinin qəbulu üçün iki aylıq müddət müəyyənləşdirib. Kreditörlər öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, nümayəndəliyin qanuni təmsilçisi Rusiya vətəndaşı Belykh İgordur. Proqram təminatı və İT sahəsi üzrə fəaliyyət göstərən baş şirkət (ООО “ПОТОК ДАННЫХ”) Rusiya Federasiyasının Altay diyarında qeydiyyatdan keçib.







