Bakı Fond Birjası (BFB) 2026-cı ilin iyul ayı üzrə birja üzvlərinin ticarət olunan bazarlar üzrə dövriyyəsini və əməliyyat həcmlərini təqdim edib.
Banker.az xəbər verir ki, hesabat ayında cəmi əməliyyatların həcminə görə ilk üçlükdə qərarlaşan investisiya şirkətləri aşağıdakılardır:
-
“ABB İnvest İnvestisiya Şirkəti” QSC – 23,388,818,640 AZN (18,824 əməliyyat)
-
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC – 8,565,983,068 AZN (43,817 əməliyyat)
-
“Unicapital İnvestisiya Şirkəti” ASC – 5,036,683,399 AZN (3,884 əməliyyat)
Siyahıda növbəti yerləri “CPM-Invest” (4.55 mlrd. AZN) və “Invest-Az” (4.19 mlrd. AZN) tutub. Əməliyyat sayına görə isə liderliyi 43,817 əməliyyatla “PAŞA Kapital” qoruyur.







