Bu ilin yanvar-iyul aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə əməliyyatların ümumi dəyəri 26 milyard 28.4 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, birjanın ümumi ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 35.3% azalıb.
BFB-də 40 559 əqd bağlanıb. Maliyyə alətləri üzrə bağlanmış əqdlərin həcmi Mərkəzi Bankın notlarında 1,154 milyard manat, dövlət qiymətli kağızlarında 727,9 milyon manat, ipoteka istiqrazlarında 608,3 milyon manat, korporativ qiymətli kağızlarda isə 405,6 milyon manat təşkil edib.







