BMT yay fəslinin isti havalarının dünya iqtisadiyyatına vurduğu zərəri hesablayıb. Təşkilatın ekspertlərinin qiymətləndirməsinə əsasən, dünya üzrə temperaturun artması 2030-cu ildə dünya iqtisadiyyatına 2 trilyon dollar zərər vuracaq.
Asia-Pacific Journal of Public Health nəşrində dərc edilən və qlobal istiləşməyə həsr edilən araşdırmada alimlər müəyyən etmişlər ki, istilik ən çox ən aşağı əmək haqqıya malik peşələrə zərər vurur. Bu peşələrin nümayəndələri isə xüsusən yoxsul ölkələrdə inşaatçılar və yaxud fermerlərdir. Ümumilikdə araşdırmaçılar dünyanın 43 ölkəsində istilik stressi səbəbindən ÜDM itkilərini hesablamışlar.
Hesablama gedişində ekoloqların məlumatlarından və kompüter modellərindən istifadə edilib. Proqnozlara əsasən, 2030-cu ilə qədər Hindistan və Çin birlikdə 450 milyard dollar itirəcək. Böyük Britaniya və Yaponiya kimi daha varlı ölkələrin iqtisadiyyatı isə qlobal istiləşmədən zərər görməyəcək. Lakin ABŞ ÜDM-un 0,2%-ni itirə bilər.
İstilik stressinə daha çox məruz qala biləcək ölkələr Asiya və Afrika ölkələridir. Cənub-Şərqi Asiya ölkələrində istilik ümumi iş zamanının 15-20%-ni “udur”. Qlobal istiləşmə davam etdiyindən 2050-ci ilə qədər bu itkilər iki qat arta bilər. Malayziyada istilik gündəlik pik həddə çatdıqda iş saatı bir neçə saatlıq dayandırılır.
2015-ci ildə iqlim sammitində 190-dan çox ölkə dünya üzrə orta temperaturu Selsi üzrə 2 dərəcə aşağıda saxlamağa qərar vermiş və onu Selsi üzrə 1,5 dərəcə endirməyə “səylər tətbiq etmək” haqqında razılığa gəldilər.