Microsoft Hindistanda ən böyük məlumat mərkəzini açıb

ABŞ-nin Microsoft korporasiyası Hindistanda indiyədək ən böyük məlumat mərkəzini Heydərabadda istifadəyə verib. Reuters yazır ki, şirkət eyni zamanda Adani Group və HDFC Bank ilə mərkəzin ilk istifadəçiləri kimi razılaşmalar imzalayıb.

Hindistanın cənub-mərkəzi hissəsində yerləşən yeni məlumat mərkəzinin istifadəyə verilməsi ilə Microsoft-un ölkədəki bulud regionlarının sayı dördə çatıb. Şirkətin artıq Pune, Çennai və Mumbayda məlumat mərkəzləri fəaliyyət göstərir.

Yeni mərkəz, həmçinin Microsoft-un Hindistanda ən böyük bulud hesablama xidmətləri təminatçısı kimi mövqeyini daha da gücləndirməyə imkan verəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər