Plus və Pro istifadəçiləri üçün çatdakı GPT-5.6 Sol modeli yenilənib.
OpenAI yeniliklər barədə öz bloqunda məlumat verib. Abunəliyi olmayan istifadəçilər GPT-5.6 Luna ilə “məhdudiyyətsiz sayda mətn çatlarına”, həmçinin “daha dərin düşünmə tələb edən suallar” üçün nəzərdə tutulmuş yeni Think düyməsinə çıxış əldə edəcəklər. Think rejimindən istifadə edildikdə cavabın hazırlanması daha çox vaxt aparacaq.
GPT-5.6 Luna “bu həftə”, yəni 2026-cı il avqustun 3-dən 9-dək abunəliyi olmayan və Go tarifindən istifadə edən şəxslər üçün standart modelə çevriləcək. Məhdudiyyətsiz mətn çatları və Think funksiyası isə avqustun 10-dan başlayan həftə ərzində istifadəyə veriləcək.
Plus və Pro abunəçiləri üçün ChatGPT-də GPT-5.6 Sol modeli də yenilənib. Şirkətin bildirdiyinə görə, model əlavə təfərrüata ehtiyac olmadığı hallarda daha “birbaşa cavablar” verəcək və daha az səhvə yol verəcək.
Plus və Pro istifadəçiləri üçün ChatGPT-yə ayrıca tənzimləmə sürgüsü də əlavə olunacaq. İstifadəçilər onun vasitəsilə modelin cavabı nə dərəcədə ətraflı düşünüb hazırlayacağını seçə biləcəklər. Yenilənmiş GPT-5.6 Sol və bu tənzimləmə artıq istifadəyə verilib. Work və Codex-dəki GPT-5.6 Sol isə dəyişməyəcək.
OpenAI GPT-5.6 model ailəsini 2026-cı ilin iyununda təqdim edib. Ailəyə flaqman Sol modeli, gündəlik iş üçün “balanslaşdırılmış” Terra və “sürətli və əlçatan” Luna daxildir. İstifadəçilər üçün bu modellərə çıxışın açılmasına iyul ayında başlanılıb.








