“Legion Financial” yeni istiqraz buraxılışını müzakirə edəcək

“Legion Financial” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını çağırır.

Banker.az xəbər verir ki, yığıncaq 31 Avqust 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında keçiriləcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  • İstiqraz buraxılışı;

  • 2026-cı ilin birinci yarımili üzrə idarəetmə və maliyyə hesabatlarının müzakirəsi və təsdiq edilməsi.

Xatırladaq ki, “Legion Financial” 2020-ci ildə yaradılıb. Şirkətin səhmləri Turan İsmayılova (39,64%), Ramin Süleymanlıya (31,2%), Rövşən Sultanova (10,23%), Böyükağa Məmmədova (14,07%) və Belarus vətəndaşı Kolas Konstantinə (4,86%) məxsusdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər