“Troni İnvestisiya Şirkəti”nin dövriyyəsi 2.4 dəfə azalıb

Bu ilin yanvar-iyul aylarında “Troni İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 180 milyon 308 min manat təşkil edib.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Ötən ilin eyni aylarında investisiya şirkətinin dövriyyəsi 431 milyon 685 min manat olub ki, bu da illik müqayisədə 2.4 dəfə azalma deməkdir.

Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 45 milyon 771 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 28 milyon 635 min manat, səhm əməliyyatları üzrə dövriyyə 5 milyon 902 min manat, repo əməliyyatları üzrə dövriyyə 100 milyon manat təşkil edib..

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər