1 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın maliyyə sistemi

ABŞ-da 80 ilin ən böyük islahatı nəhayət ki, işə düşdü. Qanun layihəsi 2009-cu ilin ortalarında – Amerika prezidenti Barak Obamanın maliyyə sistemində köklü islahatlar haqqında planının açıqlamasına qədər toxunulmamış olaraq qalırdı.

2010-cu ilin martında Senatın bank komitəsinin sədri Kris Dodd maliyyə bazarlarında amerikan bankları və maliyyə şirkətlərinin fəaliyyətinin yeni tənzimlənmə qaydaları haqqında layihəni təqdim etdi, layihə nə az, nə çox 1300 səhifədən ibarətdir. Paketə bir sıra nəzarət strukturlarının yaradılması, eləcə də, maliyyə sabitliyinə nəzarətin həyata keçirilməsi üçün qüdrətli Şuranın təsis olunması; banklara öz hesablarına maliyyə bazarlarında spekulyasiya ilə məşğul olmağa qadağa, bankların hədsiz artımının məhdudlaşdırılması və ən əsası – 2008-2009-cu illərin böhranı təkrarlanmasın deyə, AİG kimi iri maliyyə təsisatlarının bankrotluq ərəfəsində bütün maliyyə sistemini dağıtmaması üçün onların parçalanması kimi vacib təkliflər daxil edilib.

Daha bir vacib qanun – istehlak kreditləri, eləcə də istehlakçıların özünü maliyyə fırıldaqlarından, banklar müflisləşdiyi zaman vəsaitlərin itirilməsindən qorumaq üçün idarənin yaradılması haqqında qanundur. Böhrana görə ABŞ hakimiyyəti seçim arasında qalmışdı – dövlət büdcəsi sayəsində dövlət müəssisələrinin xilas edilməsi və ya onların müflisləşməsinə icazə verməklə maliyyə sisteminin dağılması ilə üz-üzə qalmaq.

Hazırkı, vəziyyəti nəzərə alsaq qanun layihəsi böyük dəyişikliklərə məruz qalacaq və nəticədə Amerikanın maliyyə sisteminin 70%-ə toxunacaq, buna baxmayaraq daha yumşaq forma alacaq, belə ki senatdakı demokratlar və respublikaçılara bütünlükdə islahat üzrə kompromis əldə etmək və razılığa gəlmək üçün uzun vaxt lazım olacaq. Lakin bunu da uğur hesab etmək olar, hərçənd ki bu layihə gələcəkdə baş verə biləcək böhranın qarşını ala bilməyəcək.

Belə hesab olunur ki, böhranın səbəbi istehlakçılar tərəfindən kreditlərin geri qaytarılmaması və uyğun olaraq, daşınmaz əmlak və fond bazarının yıxılmasıdır. Iri maliyyə “dəliklərinin” bağlanması üçün banklara güclü dövlət dəstəyi lazım olmuşdur. 2008-2009-cu illərin böhranı göstərdi ki, borcla yaşamaq mümkün deyil. Kim təminat verə bilər ki, bu hadisələr bir də təkrarlanmayacaq? Əgər istehlakçılar yenidən kütləvi olaraq kredit götürməməyə başlasalar və iri bankları tənəzzül ilə qarşı-qarşıya qoysalar nə baş verəcək? Məhz bu, təklif olunan qanun layihəsində başlıca problem kimi nəzərdən keçirilir.

Qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunur. Hazırda 100 yerdən 41-i respublikaçılara məxsusdur, buna görə də ehtimal olunur ki, qanun layihəsi çox tez bir zamanda təsdiq olunacaq, həmçinin 7 mayda parlament üzvləri ortaq məxrəcə gəliblər və hakimiyyətə çətin vəziyyətdə olan iri maliyyə təşkilatlarının bütün maliyyə sisteminə təhlükə yaratmaması üçün onların bölünməsinə icazə veriblər.

Son xəbərlər
Digər xəbərlər