Zar kəndinin xarici su şəbəkəsinin tikintisi 7 milyon manata başa gələcək

Zar kəndində su və kanalizasiya infrastrukturu qurulur.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Publik Hüquqi Şəxsi Kəlbəcər rayonunun Zar kəndində xarici su təchizatı, tullantı su şəbəkəsi və qurğularının tikintisi ilə bağlı keçirdiyi iri həcmli tender müsabiqəsinə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti olub.

Qalib şirkətlə bağlanan rəsmi müqavilənin ümumi maliyyə dəyəri 7 076 879 manat təşkil edir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər