Azərbaycanın strateji valyuta ehtiyatları 86,8 milyard dollara çatıb

Bu il avqustun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard 814,9 milyon ABŞ dolları təşkil edib.

Banker.az b u barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il avqustun 1-nə nisbətən 12,2 % çoxdur.

İyulda ölkənin strateji valyuta ehtiyatları 1 milyard 46 milyon ABŞ dolları artıb.

2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər