Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

Bu il avqustun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 590,8 milyon ABŞ dolları təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il avqustun 1-nə nisbətən 7,5 % azdır.

Təkcə iyulda ölkənin xarici dövlət borcu 26 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər