“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi Qubadlı rayonunun Xanlıq kəndində infrastruktukun bərpası və yenidən qurulması istiqamətində növbəti iri tender müsabiqəsinə yekun vurub.
Banker.az-ın əldə etdiyi məlumata görə, tender müsabiqəsi Xanlıq kənd yaşayış məntəqəsində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı elan olunub.
Satınalma müsabiqəsinin qalibi “Cronos Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanan rəsmi müqavilənin ümumi maliyyə dəyəri 9 941 322 manat təşkil edir. Müqavilə çərçivəsində Xanlıq kəndində nəzərdə tutulan qeyri-yaşayış obyektlərinin və inzibati binaların tikinti-quraşdırma işləri həyata keçiriləcək.






