11 Sentyabr 2026-cı il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın Baş ofisində saat 12:00-da baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlərə baxılacaq:
- “VTB Bank (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.
- “VTB Bank (Azərbaycan)” ASC-nin Müşahidə Şurasının tərkibi haqqında.







