MİDA Naxçıvanda 24 milyon manatlıq yeni yaşayış kompleksi salır

“MİDA” MMC Naxçıvanda yeni yaşayış binalarının tikintisi üçün 24,1 milyon manatlıq tender elan edib.

Banker.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan şəhərində həyata keçiriləcək iri miqyaslı tikinti layihəsi ilə bağlı yeni müsabiqə (tender) elan edib.

Müsabiqə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur.

Layihə çərçivəsində sözügedən ərazidə 6 çoxmənzilli yaşayış binasının inşası planlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər