Nvidia süni intellekt infrastrukturu üçün 500 milyard dollarlıq maliyyələşdirmə paketi yaratmaq məqsədilə investisiya nəhəngləri ilə əməkdaşlıq edəcək

ABŞ-nin bir qrup iri investisiya şirkəti süni intellekt infrastrukturunun inkişafı üçün 500 milyard dollar cəlb etmək məqsədilə Nvidia ilə tərəfdaşlıq sazişi bağlamağa yaxındır. Bloomberg bu barədə məsələdən məlumatlı mənbələrə istinadən yazır.

Nvidia ilə investisiyalar barədə danışıqlar aparan şirkətlər arasında Apollo Global Management Inc., Blackstone Inc., BlackRock Inc., Brookfield Asset Management, Goldman Sachs Group Inc. və KKR & Co. yer alır.

Məlumata görə, tərəfdaşlıq Nvidia-nın həm özü, həm də müştəriləri üçün kapital cəlb etmək səylərinin bir hissəsidir. Məqsəd süni intellekt çiplərinin istehsalının, enerji güclərinin və məlumat mərkəzlərinin daha da genişləndirilməsini maliyyələşdirməkdir.

Nvidia artıq süni intellekt ekosistemində fəaliyyət göstərən şirkətlərlə yüz milyardlarla dollar dəyərində sövdələşmələr bağlayıb. Bu isə bəzi investorlar arasında narahatlıq yaradıb. Onlar hesab edirlər ki, belə razılaşmaların dövri xarakteri çip nəhənginə sektorda tələbi və şirkətlərin qiymətləndirilməsini süni şəkildə şişirtməyə imkan verə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər