Günel Bədəlova Azərbaycan Turizm Bürosunun rəhbərinə müşavir təyin edildi

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoruna müşavir təyin edilib.

Banker.az xəbər verir ki, Günel Bədəlova Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.

O, 2023-cü ilin noyabr ayından 2026-cı ilin avqust ayına kimi Azərbaycan Turizm Bürosunda Kommunikasiya və tədbirlər departamentinin direktoru kimi çalışıb.

Günel Bədəlova 2007–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb, 2012–2014-cü illərdə isə Azərbaycan Universitetində Biznesin İdarə Edilməsi (MBA)  üzrə Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər