Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb?

Azərbaycan Tibb Universitetində illik təhsil haqları azaldılıb.

2026-2027-ci tədris ili üçün universitetdə Tibb ixtisası üzrə təhsilhaqqı 1500 manat azaldılaraq 5 min manata, Stomatologiya ixtisası 1500 manat azaldılaraq 4500 manata, Əczaçılıq iixtisası 500 manat azaldılaraq 4500 manata, Fizioterapiya ixtsası da 500 manat azaldılaraq 4500 manata, eyni zamanda İctimai səhiyyə və Tibbi bacısı işi də 500 manat azaldılaraq 4500 manat edilib.

Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsil haqları 2024-2025-ci  tədris ili ilə müqayisədə ixtisasından asılı olaraq 1000-1500 manatadək azaldılıb.  2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetinə ödənişli əsaslarla qəbul planının minimuma endirilməsi ali təhsilin maliyyə baxımından daha əlçatan edilməsinə yönəlmiş siyasətin mühüm göstəricisidir.

Bəs 2026-2027-ci tədris ili üzrə təhsil haqları hansı aralıqdadır?

Təhsil ekspertləri bildirirlər ki, artıq “Abituriyent” jurnalının 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul prosesini əhatə edən 4-cü nömrəsi nəşr edilib. Həmin nəşrdə ötən illə müqayisədə bu il bəzi universitetlərin təhsil haqlarında dəyişiklik edildiyi görünür.

Məsələn, Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsilhaqqı ötən il 2200 manat idisə, bu il ödəniş 2500 manata qaldırılb.

Dövlət Neft və Sənaye Universitetində Kompüter elmləri ixtisasında ötən illə müqayisədə 500 manat artım var. İxtisasın builki ödənişi 2700 manat təşkil edib. Texniki universitetdə tədris edilən Aerokosmik mühəndisliyi ixtisası ötən il 2100 manat idisə bu il ödəniş 2600 manata qaldırılıb. Təhsilhaqqının artırıldığı universitetlər siyahısında Azərbaycan Memarlıq və İnşaat Universiteti də var. Bu universitetin bəzi ixtisaslarında 500 manata qədər artımlar var. Mühəndislik Universitetində tədris edilən Kompüter elmləri ixtisasının da ödənişi 2500 manatdan 3 min manata qaldırılıb.

Ekspert Rizvan Fikrətoğlunun sözlərinə görə, təhsil haqlarının müəyyənləşdirilməsində universitetlərin xərcləri, müəllimlərin əmək haqları və digər amillər nəzərə alınır.

Qeyd olunub ki, yeni tədris ilində təhsil haqlarında həm artım, həm də azalma müşahidə olunur və tələbələrin ödəyəcəyi məbləğ seçdikləri ixtisas və universitetdən asılı olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər