ABŞ neftin qiyməti üzrə proqnozunu artırıb

ABŞ Energetika Nazirliyi 2026-cı il üçün “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 81,91 ABŞ dollarından 86,81 dollaradək artırıb.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, 2026-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 80,88 dollar (öncəki proqnoz – 76,26 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, EIA 2027-ci il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 69,39 dollar (öncəki proqnoz – 64,76 dollar), WTI-nın isə 65,39 dollar (öncəki proqnoz – 60,76 dollar) olacaq.

Qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 69,04 dollar və 65,4 dollar təşkil edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər