Azərbaycan banklarının “Bloomberg” ticarət sistemindəki əməliyyatlarının həcmi açıqlanıb

2026-cı ilin 6 ayı ərzində Blumberq ticarət sistemində banklararası təminatsız bazar üzrə ümumi həcmi 55.7 mlrd. manat təşkil edən 1530 əqd bağlanıb.

Banker.az  xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Pul Siyasəti İcmalı”nda bildirilir.

Bu əməliyyat həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə (ö.i.m.d.n.) 35% çoxdur.

Bağlanan əqdlərin həcm baxımından 96%-i 1-3 günlük əməliyyatlar hesabına formalaşmışdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər