2025-ci il ərzində respublika üzrə 6140 məcburi audit subyektindən 4660-ı (76%) auditdən keçmişdir.
Banker.az bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.
Ötən il Azərbaycanda 353 səhmdar cəmiyyəti (SC) məcburi audit subyekti olub. Auditdən keçən səhmdar cəmiyyətlərinin (SC) sayı 2.1% azalaraq 341-dən 334-ə düşüb.
Onların xüsusi çəkisi isə 84.6%-dən 94.6%-ə yüksəlib. Belə ki, 2025-ci ildə SC-lərin 5.4%-i auditdən keçməyib.






