ABŞ Dövlət Departamentində “doğum turizmi” ilə mübarizə şöbəsi yaradılıb.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
O bildirib ki, qurum artıq 600 vizanı ləğv edib. Yeni şöbə viza sahiblərini yoxlayacaq və ABŞ-a uşaqlarını dünyaya gətirmək və onların vətəndaşlıq əldə etməsini təmin etmək məqsədilə səfərlərlə bağlı qanunsuz sxemləri müəyyənləşdirəcək.
Qeyd edək ki, avqust ayının 7-də ABŞ Prezidenti Donald Tramp ölkədə “doğum turizmi” adlanan praktikanı qadağan edən fərman imzalayıb.







