Azərbaycan fındığı Çin bazarına daxil olur: İlk şirkət rəsmi icazə aldı

Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, Çin tərəfinin təqdim etdiyi yoxlama siyahısı əsasında AQTA tərəfindən fındıq istehsalı və emalı müəssisəsində müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticələri qiymətləndirildikdən sonra Agentliyin tövsiyə məktubu hazırlanaraq Çinin Baş Gömrük Administrasiyasına təqdim edilib. Görülən tədbirlər nəticəsində Azərbaycanda fındıq istehsalı və emalı ilə məşğul olan “AGRARCO” MMC-nin qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) məhsulunun Çin Xalq Respublikasına ixracı ilə bağlı məlumatları GACC-nin CIFER (China Import Food Enterprise Registration) sistemində təsdiqlənib.

Beləliklə, “AGRARCO” MMC qabığı təmizlənmiş fındığın Çin bazarına ixracı üçün CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub. Bu nəticə Azərbaycan fındığının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, yerli istehsalçıların ixrac imkanlarının artırılması və ölkənin fındıq ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addımdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər