Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hazırda platformanın tikintisi yekunlaşmaq üzrədir, son mərhələdir:
“Platformanın tikintisi başa çatandan sonra digər işlərə başlanacaq. Stansiya 2028-ci ildə istifadəyə veriləcək”.
Xatırladaq ki, yeni yerüstü stansiya metronun “yaşıl” xəttinin “Dərnəgül” deposunda yerləşir.
Qeyd edək ki, hazırda Bakıda “Bakmil” və “Xocəsən” yerüstü metro stansiyaları fəaliyyət göstərir.






