Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

“Google” süni intellektin smartfonlardan istifadə qaydasını dəyişdirəcəyini düşünür. Şirkət istifadəçinin hər bir əməliyyatı əl ilə yerinə yetirməsinə ehtiyac qalmadığı yeni rəqəmsal köməkçilər üzərində çalışır.

“Google”un Android ekosistemi üzrə rəhbəri Sameer Samat bildirib ki, yeni nəsil süni intellekt sistemləri istifadəçilərə hər gün 10-30 dəqiqə vaxt qazandıra bilər.

Yeni sistemdə istifadəçi yalnız nə etmək istədiyini bildirəcək, süni intellekt isə müxtəlif tətbiqlər arasında keçid edərək tapşırığı özü tamamlayacaq. Məsələn, həkim müayinəsindən sonra sığorta məlumatlarını yoxlamaq və MRT üçün görüş təyin etmək kimi bir neçə mərhələli proseslər tək komanda ilə həyata keçirilə biləcək.

“Google”la yanaşı, “Apple”, “Samsung” və “OpenAI” kimi şirkətlər də tətbiqlər arasında əməliyyatları yerinə yetirə bilən süni intellekt texnologiyalarını inkişaf etdirirlər.

Bununla belə, istifadəçilərin şəxsi məlumatların təhlükəsizliyi və süni intellektə etibar məsələsində narahatlıqları texnologiyanın qarşısında əsas maneələrdən biri olaraq qalır.

MənbəBAKU.WS
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər