SOCAR ötən ilki gəlir və mənfəətini açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) il üzrə xalis mənfəəti 0.75% artaraq 2 milyard 927 milyon manatdan 2 milyard 949 milyon manata çatıb.

Banker.az bu barədə 31 dekabr 2025-ci il tarixi ilə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Əməliyyat fəaliyyətindən mənfəət illik müqayisədə 80% artaraq 2 milyard 906 milyon manatdan 5 milyard 234 milyon manata yüksəlib.

SOCAR-ın cəmi gəlirləri illik müqayisədə 2% artaraq 84 milyard 689 milyon manatdan 86 milyard 309 milyon manata yüksəlib. Şirkətin satışların maya dəyəri 5% azalaraq 77 milyard 296 milyon manatdan 73 milyard 702 milyon manata enib.

Maya dəyərinin azalması və gəlirlərin artması nəticəsində ümumi mənfəət 71% kəskin artaraq 7 milyard 393 milyon manatdan 12 milyard 607 milyon manata çatıb.

SOCAR-ın cəmi aktivləri illik müqayisədə 2.3% artaraq 96 milyard 852 milyon manata çatıb.

Pul vəsaitləri və ekvivalentləri 15%vazalaraq 10 milyard 271 milyon manatdan 8 milyard 719 milyon manata düşüb. Depozitlər isə 2 milyard 840 milyon manatdan 6 milyard 261 milyon manata yüksəlib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər