Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” kapitalından ₼310 min geri götürdü

Yeni yaradılmış “Cib Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, “Cib Kapital İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalının 190 min manata azaldığını elan edir.

Buna qədər şirkətin nizamnamə kapitalı 500 min manat olub ki, bu da 310 min manat azalma deməkdir.

QSC-nin qanuni təmsilçisi isə Gündüz Maxsud oğlu Gözəlovdur. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 13A-dır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər