“Bosson” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətinin strukturunu dəyişərək tərkibindən yeni şirkətin ayrıldığını bəyan edib.
Banker.az xəbər verir ki, “Bosson” MMC-nin yenidən təşkil olunması və tərkibindən ayrılması nəticəsində “Mozaik Production” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.
Xatırladaq ki, “Bosson” MMC 1995-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 000 manatdır və qanuni təmsilçisi Zaur Nəcəfovdur. “Bosson” MMC tikinti, inşaat, daşınmaz əmlak və dizayn sahələrində bir sıra fəaliyyətlər həyata keçirən şirkətdir.







