“Taliban” ABŞ-ni ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırıb

“Taliban” hərəkatı ABŞ-ni Əfqanıstandakı diplomatik fəaliyyətini bərpa etməyə və ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırıb.

Bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttaki müsahibəsində bildirib.

O qeyd edib ki, Vaşinqton Kabildəki səfirliyini yenidən aça, diplomatik varlığını qoruyub saxlaya, həmçinin faydalı qazıntıların çıxarılmasına, bəndlərin və yolların tikintisinə investisiya yatıra bilər:

“Biz hesab edirik ki, müharibə səhifəsi bağlanıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan əlaqələr, müsbət əməkdaşlıq üzrə yeni mərhələ istəyirik”.

Bununla belə, nazir Əfqanıstan hakimiyyətinin ölkədə Amerika hərbi varlığının bərpasını istəmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri 2021-ci il avqustun 31-də Əfqanıstanı tamamilə tərk edərək ölkədəki 20 illik hərbi mövcudluğuna son qoyub. Birləşmiş Ştatların Kabildəki səfirliyi isə 2021-ci il avqustun 15-də “Taliban”ın hücumu fonunda fəaliyyətini dayandırıb və diplomatik missiya müvəqqəti olaraq Qətərin paytaxtı Dohaya köçürülüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər