Ukrayna “Wildberries”in (Rusiyanın ən böyük onlayn ticarət platformalarından biridir – red.) 10 ən böyük logistika mərkəzindən 7-ni sıradan çıxarıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moskva vilayətinə gecə saatlarında dron hücumundan sonra şirkətin iki böyük logistika mərkəzi – Domodedovodakı və “Koledino” sənaye parkındakı komplekslər fəaliyyətini dayandırıb.
Məlumata görə, “Koledino”dakı anbar sahəsinə görə “Wildberries”in ən böyük logistika kompleksi olub. Onun sahəsi təxminən 250 min kvadratmetr təşkil edir.
Ukrayna Müdafiə Nazirliyinin iddiasına görə, ümumilikdə Rusiyada şirkətin 10 ən böyük logistika mərkəzindən 7-si fəaliyyətini dayandırıb.







