Ölkəyə gətirilən minik maşınlarının sayı 38% azaldı

2026-cı ilin yanvar-iyul ayında Azərbaycan 807 milyon 429 min dollar dəyərində 41 105 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 31%, miqdar ifadəsilə 35.2% azalıb

O cümlədən, 2025-ci ilin yanvar-iyul ayında isə Azərbaycana 1 milyard 171 milyon dollar dəyərində 63 401 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin ilk 7 ayında Azərbaycana minik avtomobillərinin idxalı 36 169 ədəd ikən, əvvəlki ildə 58 044 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 38% azalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər