2026-cı ilin II rübünün sonunda Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qüvvədə olan iş icazəsinə malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3 986 nəfərə çatıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2026-cı ilin I rübünün sonu ilə müqayisədə 2 211 nəfər və ya 2,2 dəfə çoxdur. I rübün sonunda ölkədə qüvvədə olan iş icazəsinə malik əcnəbilərin sayı 1 775 nəfər təşkil edib.
İş icazəsi olan əcnəbilərin sayında illik müqayisədə isə azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin II rübünün sonunda bu göstərici 4 551 nəfər olub. Bu isə bir il ərzində sayın 565 nəfər və ya 12,4% azalması deməkdir.
Onlardan 25,6 faizi tikintidə, 10,6 faizi emal sənayesində, 10,4 faizi mədənçıxarma sənayesində, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 5,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 32,8 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.







