Azərbaycan böyük həcmdə günəş panelləri idxalına başlayıb

Azərbaycana 2026-cı ilin ilk altı ayında günəş panelləri idxalı kəskin artıb.

Banker.az xəbər verir ki, hesabat dövründə ölkəyə ümumilikdə 1 milyon 220,9 min ədəd belə məhsul gətirilib və idxalın dəyəri 110,8 milyon dollar təşkil edib.

Ötən ilin eyni dövründə idxal 203,9 min ədəd və 1,1 milyon dollar olub. Beləliklə, illik müqayisədə idxalın həcmi 5,99 dəfə, dəyəri isə təxminən 101 dəfə artıb.

İdxalın əsas hissəsi Çinin payına düşüb. Bu ölkədən 1 milyon 219,9 min ədəd günəş panelləri gətirilib və bunun dəyəri 110,75 milyon dollar olub. Çinin ümumi idxaldakı payı say üzrə 99,9%-dən, dəyər üzrə isə 99,96%-dən çox olub.

Hesabat dövründə Türkiyədən 1 029 ədəd məhsul 47,86 min dollar, Rusiyadan 1 ədəd 110 dollar, Bolqarıstandan isə 1 ədəd 30 dollar dəyərində idxal edilib. Ötən ilin ilk altı ayında isə Çinlə yanaşı, Türkiyə, Norveç, Fransa, Macarıstan və Portuqaliyadan da foto-qalvanik elementlər gətirilmişdi.

Bu arada, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 7 ayında Azərbaycandakı günəş panelləri 350,7 mln kVt-saat elektrik enerjisi istehsal etməklə illik 5% artıma nail olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər