Azərbaycanda taxta bazarında qiymətlər necədir?

İyulda yerli pərakəndə bazarda kəsilmiş taxtanın qiyməti demək olar ki, dəyişməyərək 1 kubmetr üçün 356,28 manat olub. Ağac-yonqar lövhənin qiyməti 14,14 manatla illik 3% artıb, ağac-lifli lövhə isə 14,08 manatla sabit qalıb.

Banker.az xəbər verir ki, parketin orta qiyməti isə 41,07 manata yüksələrək 2,5% bahalaşıb.

Lakin rəsmi göstəricilərə əsaslansaq Azərbaycanın ağac məhsulları idxalında 2026-cı ilin ilk altı ayında əsas məhsulların orta idxal qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşıb.

Ən böyük idxal məhsulu olan şamdan uzununa doğranmış meşə materiallarının orta qiyməti kubmetr üçün 228 dollara yaxınlaşıb. Bu, ötən ilin eyni dövründəki təxminən 220 dollarla müqayisədə 3,5% artım deməkdir.

Ağacyonqarlı plitələr üzrə orta idxal qiyməti də yüksəlib. 2026-cı ilin ilk altı ayında bir kubmetr məhsulun orta qiyməti təxminən 219 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 209 dollar olub və beləliklə, orta qiymət 4,7% artıb.

Xaricdən gətirilən 5–9 mm qalınlığında MDF-in orta idxal qiyməti 3,92 dollar/kvadratmetr təşkil edib ki, bu da illik 9,3% artımdır. 9 mm-dən qalın MDF-də orta qiymət 6,22 dollara yüksələrək 10,9%, 5 mm-dən nazik MDF-də isə 1,40 dollara çataraq 29,2% artıb.

Yapışqanlı fanerin orta idxal qiyməti də 340 dollardan 361 dollara yüksəlib. Ağac növlərindən qapıların orta qiyməti ton üçün təxminən 2 316 dollara çatıb ki, bu da ötən ilin 1 576 dolları ilə müqayisədə 47%-ə yaxın artımdır. Layla yapışdırılmış digər meşə materiallarında isə orta qiymət 1 172 dollardan təxminən 1 737 dollara yüksəlib.

Əsas idxal Rusiya bazarıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər