ABŞ və Kanada ticarət sazişi üzrə razılığa gəlib

ABŞ Prezidenti Donald Tramp ABŞ və Kanadanın yeni ticarət sazişi üzrə razılığa gəldiyini açıqlayıb.

Bu barədə Tramp jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Kanada Baş naziri Mark Karni ilə əvvəlki gün “çox yaxşı” telefon danışığı keçirilib və tərəflər razılaşma əldə ediblər. Tramp bildirib ki, ABŞ Kanadaya 50%-lik tarif tətbiq etməyə hazırlaşırdı, lakin Ottavanın Vaşinqtonun tələblərini qəbul etməsindən sonra bu qərardan imtina ediləcək.

ABŞ Prezidenti sənədlərin hələ imzalanmalı olduğunu qeyd edib və razılaşmanı hər iki tərəf üçün “çox ədalətli” adlandırıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər