“Bridge Group”un törəməsinin gəlirləri və xalis mənfəəti azalıb

“Bridge Group of Companies”ə daxil olan “Global İnşaat Group” MMC-nin 2025-ci ildə əsas əməliyyat gəliri 85,2 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,9% azdır.

Banker.az bunu şirkətin 2025-ci il üçün təqdim etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin xalis mənfəəti 32% azalaraq 8 milyon manata düşüb. Ümumi mənfəət 4,6% azalaraq 23 milyon manat, əməliyyat gəliri isə 30,6% azalaraq 10,4 milyon manat olub.

Hesabat dövrünün sonunda şirkətin aktivləri 10,8% azalaraq 59,3 milyon manat olub. Öhdəliklər 25,3% azalaraq 35,7 milyon manata düşüb, kapital isə 26,1% artaraq 23,6 milyon manata çatıb. Debitor borcları 27,6% azalaraq 13,6 milyon manat, pul vəsaitləri 51,6% azalaraq 8,9 milyon manat olub. Ehtiyatlar isə 120,3% artaraq 8,7 milyon manata yüksəlib. Ticarət və digər kreditor borcları 59,1% artaraq 6,5 milyon manat təşkil edib.

Şirkətin uzunmüddətli borc vəsaitləri 48% artaraq 7,4 milyon manata yüksəlib. Uzunmüddətli aktivlər 5,2% azalaraq 12,6 milyon manat olub. Torpaq, tikili və avadanlıqların dəyəri 71,2% azalaraq 3,8 milyon manata düşüb, uzunmüddətli investisiyalar isə 2024-cü ildə qeydə alınmadığı halda 2025-ci ilin sonunda 8,8 milyon manat təşkil edib. Qısamüddətli öhdəliklər 38,5% azalaraq 20,7 milyon manata enib.

Xatırladaq ki, “Global İnşaat Group” MMC-nin əsas fəaliyyət istiqaməti müxtəlif çeşiddə malların topdan satışıdır. Şirkətin 90%-lik iştirak payı “Bridge Group of Companies” MMC-yə, 10%-lik iştirak payı isə Yaqub Hüseynov Vəlih oğluna məxsus olub. Y.Hüseynov ana şirkət “Bridge Group”un təsisçisidir.

“Global İnşaat Group” MMC “Bridge Management” MMC-nin 100% sahibidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər