“Bakı Tekstil Fabriki” MMC-nin 2024-cü ildə 30,2 min manata xalis mənfəət əldə etməklə illik 23,7% artıma nail olub.
Banker.az xəbər verir ki, şirkətin gəlirləri 5,17 milyon manat təşkil edib və əvvəlki illə müqayisədə dəyişməyib. Şirkətin satışlarının maya dəyəri 3,05 milyon manat olub ki, bu da 2023-cü illə müqayisədə 53% çoxdur. Nəticədə ümumi mənfəət 2,12 milyon manata enib və illik 33,3% azalıb.
Şirkətin kommersiya xərcləri 2024-cü ildə 1,76 milyon manat təşkil edərək 2023-cü illə müqayisədə 214,3% artıb. İnzibati xərclər isə 312,1 min manata düşüb və illik 62,3% azalıb. Vergilər üzrə xərclər 12 min manat olub, 57,3% artıb. Ümumi xərclər 2,08 milyon manata çataraq 49,4% artıb.







