Paşinyan Rusiyadakı səfiri geri çağırır

Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanın vəzifəsindən geri çağırıla biləcəyi iddia olunur.

Bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Arsenyanı geri çağırmaq qərarına gəlib.

İddialara əsasən, Paşinyan hazırda Ermənistan-Rusiya münasibətlərindəki dinamikanın inkişafından narazıdır və yaranmış vəziyyətə görə məsuliyyət daşıyan şəxslərdən biri kimi ölkənin Moskvadakı səfirini görür.

Qəzet səfirin nə vaxt geri çağırılacağı və onun yerinə kimin təyin olunacağı barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, Qurgen Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər