“Atəşgah” Sığorta Şirkəti ASC-də rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.
Banker.az-ın əldə etdiyi məlumatına görə, Rauf Manafov şirkətin Pərakəndə satışların inkişafı departamentinin direktoru vəzifəsinə təyin olunub. O, yeni vəzifəsində pərakəndə satış istiqamətinin inkişafı və bu sahə üzrə müəyyən edilmiş strateji hədəflərin reallaşdırılmasına rəhbərlik edəcək.
Rauf Manafov 2011-ci ildən “Atəşgah” Sığorta Şirkətində fəaliyyət göstərir. O, şirkətdəki karyerası ərzində birbaşa satışlar üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis, Birbaşa satışlar bölməsinin rəhbəri, eləcə də Xüsusi layihələr üzrə bölmə rəhbəri vəzifələrində çalışıb.
2024-cü ilin aprel ayından isə Rauf Manafov şirkətin Kiçik və orta biznesin sığortası departamentinə rəhbərlik edib.






