Sosial şəbəkələrdə yayılan görüntülərdə İspaniyanın Çeste şəhərində qəzəbli öküzün banka daxil olmasını göstərən kadrlar yer alıb.
Səhər sakinləri öküzün bank binasına daxil olmasını gördükdə dəhşətə gəlirlər.
Xoşbəxtlikdən bu hadisədə heç kəs xəsarət almayıb.
Qeyd edək ki, hadisə hər il İspaniya şəhərlərində keçirilən ənənəvi öküz qaçışı yarışında baş verib.