Bank of Baku” ASC 2026-cı ilin ilk yarısı üzrə heyət göstəricilərini açıqlayıb.
Banker.az xəbər verir ki, hesabat dövründə bankın əməkdaşlarının sayında davamlı artım dinamikası müşahidə olunub.
Belə ki, ilin əvvəlində — 1 yanvar 2026-cı il tarixinə bankda 1049 nəfər çalışdığı halda, aprelin 1-nə bu rəqəm 1073 nəfərə, iyulun 1-nə isə 1080 nəfərə yüksəlib.
Bununla da, ilin ilk altı ayı ərzində “Bank of Baku”nun işçi heyəti 31 nəfər (və ya 3%) artaraq 1080 nəfərə çatıb.
Qeyd edək ki, “Bank of Baku” ASC-nin səhmdarları Hikmət Əbuzər oğlu İsmayılov (31%), Elçin Həmid oğlu İsayev (5%), “Azpetrol Neft Şirkəti” MMC (29%) və “Nab Holding Anonim Şirkəti”dir (35%).






