Cəbrayıl xəstəxanasının tikintisinin II mərhələsi 10 milyon manata başa gələcək

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin II mərhələsinə 9.8 milyon manat ayrılıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı (II mərhələ) ilə bağlı keçirdiyi tenderı yekunlaşdırıb.

İrihəcmli satınalma müsabiqəsinin qalibi “El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyəti seçilib.

Qalib şirkətlə Səhiyyə Nazirliyi arasında imzalanmış müqavilənin ümumi maliyyə dəyəri 9 milyon 889 min manat təşkil edir. Müqavilə çərçivəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə ikinci mərhələ işlərinin icrası nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər