Bu yağ məhsullarında insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlandı – idxalı dayandırıldı

AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, aparılan müayinə nəticəsində Qazaxıstanın “Eurasian Foods” müəssisəsinə məxsus 82,5% yağlılıqlı “Stanichnoe Osoboe” əmtəə nişanlı qarışıq bitki yağında 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə, Rusiyanın “Jirovoy Kombinat” müəssisəsinə məxsus “Tot samıy vkus i aromat” əmtəə nişanlı marqarin, 82,5% yağlılıqlı “Maslyona”, “Rossiyanka Traditsionnoe” əmtəə nişanlı qarışıq bitki tərkibli yağlarda qlisidol (QE), o cümlədən “Şedroye leto” əmtəə nişanlı bitki tərkibli yağda həm 3-Monoxlorpropan-1,2-diol (3-MCPD), həm də qlisidol göstəricisi üzrə uyğunsuzluqlar aşkar edilib. Həmçinin Rusiyanın “Pişevie İnqredienti” müəssisəsinə məxsus “Maslo Palmovoye” əmtəə nişanlı palma yağı və “Oilprime” əmtəə nişanlı qarışıq bitki yağında emal çirkləndiricisi 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) aşkarlanıb.

Aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, qeyd olunan istehsalçı müəssisələrin məhsullarının Azərbaycan Respublikasına idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib və məsələ ilə bağlı həmin ölkələrin qida təhlükəsizliyi sahəsi üzrə səlahiyyətli qurumlarına rəsmi bildirişlər göndərilib. Məhsulların dövriyyəsinin qarşısı alınıb. Hazırda qanunamüvafiq digər tədbirlər həyata keçirilməkdədir.

Agentlik tərəfindən həyata keçirilən idxal nəzarət tədbirlərinin məqsədi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan məhsulların ölkə ərazisinə daxil olmasının qarşısının alınması, istehlakçıların sağlamlığının və hüquqlarının qorunması, eləcə də təhlükəsiz qida məhsullarının dövriyyəsinin təmin edilməsidir.

Uyğunsuzluq aşkarlanan məhsulların siyahısı ilə cədvəldən ətraflı tanış ola bilərsiniz:

İdxalçı ölkə İstehsalçı müəssisə Məhsulun əmtəə nişanı Məhsul partiyası
Qazaxıstan “Eurasian Foods” “Stanichnoe Osoboe” 82,5% 01.06.2026 / 01.03.2027 (3 MCPD)  02.03.2026 / 02.12.2026 (3 MCPD)
Rusiya “Jirovoy Kombinat” “Tot samıy vkus i aromat” 01.03.2026 / 27.10.2026 (Qlisidol)
“Maslyona” 82,5%  

27.02.2026 / 27.10.2026 (Qlisidol)

02.03.2026 / 28.10.2026 (Qlisidol)

03.03.2026 / 03.11.2026 (Qlisidol)

04.03.2026 / 04.11.2027 (Qlisidol)

 

“Şedroye leto” 82,5% 24.01.2026 / 21.09.2026 (3MCPD+Qlisidol)
“Rossiyanka Traditsionnoe” 82,5% 10.03.2026 / 15.09.2026 (Qlisidol)

 

Rusiya “Pişevie inqredienti” “Maslo Palmovoye” 23.10.2025 / 23.10.2026 (3MCPD)

27.12.2025 / 27.12.2026 (3MCPD)

29.12.2025 / 29.12.2026 (3MCPD)

 

“Oilprime” 15.12.2025 / 15.12.2026 (3MCPD)
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər