Tramp bu gölün adını dəyişdirmək istəyir

“Birləşmiş Ştatlar Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir”.

Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində yazıb.

Amerika liderinin sözlərinə görə, adın dəyişdirilməsi ABŞ-nin artıq Ontario ilə “çox da əlaqəli olmağı” planlaşdırmaması ilə bağlıdır. O, həmçinin bu məsələyə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Şimali Amerika Böyük göllər sisteminin bir hissəsi olan Ontario gölü ABŞ və Kanada sərhədində yerləşir. Gölün adı şimal sahilinin yerləşdiyi eyniadlı Kanada əyalətindən götürülüb.

Trampın təklifinə Kanada rəsmiləri tərəfindən hələlik rəsmi reaksiya verilməyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər