Azərbaycanda uşaqların çoxu artıq şəhərlərdə yaşayır

Azərbaycanda 0–17 yaşlı uşaqlar arasında şəhərlərdə yaşayanların sayı kənd əhalisini üstələyib.

Banker.az-ın məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 2 milyon 521,1 min nəfər 0–17 yaşlı uşaq olub. Onların 1 milyon 295,1 mini şəhərlərdə, 1 milyon 226 mini isə kənd yerlərində yaşayır.

Beləliklə, şəhərlərdə yaşayan uşaqların sayı kəndlərdə yaşayanlardan 69,1 min nəfər çoxdur. Hesablamaya görə, ölkədəki uşaqların təxminən 51,4%-i şəhərlərdə yaşayır.

20 il əvvəl isə vəziyyət fərqli idi. 2006-cı ildə şəhərlərdə 1 milyon 357 min, kəndlərdə isə 1 milyon 362,1 min uşaq yaşayırdı. Yəni həmin dövrdə kənd uşaqlarının sayı az da olsa şəhər uşaqlarından çox idi.

Bu dəyişiklik uşaq təhsili, səhiyyə, əyləncə və digər xidmətlər üzrə potensial tələbin şəhərlərdə daha yüksək konsentrasiyasına səbəb ola bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər