“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2025-ci ili 1 milyon 304 min manat xalis mənfəətlə başa vurub. Qurum 2024-cü ili 1 milyon 193 min manat xalis zərər ilə bağlamışdı.
Banker.az bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Publik Hüquqi Şəxsi (PHŞ) 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesababatına istinadən xəbər verir.
2025-ci ildə əsas əməliyyat gəlirləri 6 milyon 290 min manat təşkil edərək 2024-cü illə (5 milyon 310 min manat) müqayisədə 18.5% artıb. Əsas əməliyyat xərcləri 2024-cü ildəki 4 milyon 775 min manatdan 2025-ci ildə 4 milyon 164 min manata düşərək 13% azalıb.
Gəlirlərin artması və xərclərin azalması hesabına əməliyyat mənfəəti 4 dəfə artaraq 535 min 349 manatdan 2 milyon 126 min manata yüksəlib.







