“Green Plant” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru təyin edilib.
Banker.az xəbər verir ki, Emin Quliyev Rahim oğlu avqustan etibarən bu vəzifəsində çalışacaq. 2026-cı ilin yanvarından “Green Plant”də baş direktor müavini vəzifəsində çalışıb.
Emin Quliyev bundan əvvəl “Gazelli Group”da direktor və baş kommersiya direktoru, “HP Inc Poland”da müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin “AtaHolding” MMC-də Beynəlxalq Əlaqələr Bölməsinin baş mütəxəssisi vəzifəsində işləyib.
Qeyd edək ki, 26 sentyabr 2012-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6,1 milyon manat təşkil edir. “Green Plant” MMC Azərbaycanda çay istehsalı ilə məşğul olan şirkətdir. Şirkət əsasən “AzTea” və “Astaraçay” markaları ilə çay istehsal edir. Öz məlumatına görə, xammalı Astara və Lənkərandakı çay plantasiyalarından əldə edir və ümumi əkin sahəsi təxminən 450 hektardır. “Green Plant” MMC “Gilan Tea” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilir. Bununla əlaqədar “Gilan Tea” MMC-nin fəaliyyətinə xitam verilir.
“Gilan Tea” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 3,34 milyon manat təşkil edirdi. Həmin vaxta qədər “Green Plant”ın nizamnamə kapitalı 1.57 mln. manat idi.







