2 C
Baku
Sunday, December 15, 2024

Azad Cavadov: “Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödəniş olunacaq”

“Sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra lisenziyası ləğv olunan dörd bankda sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək”.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sığortalanmayan əmanətlərin qaytarılması üçün lisenziyası ləğv olunan 4 bankın kifayət qədər vəsaiti var: “Sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək. Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödənişlər sığorta hadisəsi baş verən günə qədər olan faizlərlə birgə ödəniləcək”.

A. Cavadov əmanətçiləri tələsməməyə çağırıb və bildirib ki, onların əmanətlərinin ödənilməsində heç bir problem olmayacaq.

APA

Son xəbərlər
Digər xəbərlər