Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, Rüstəm Şamil oğlu Tahirov 2024-cü ilin yanvarından bu vəzifəni tutub.
O, bundan əvvəl 2020–2023-cü illərdə AMB-nin Maliyyə sabitliyi departamentinin direktoru, 2016–2019-cu illərdə isə Maliyyə Bazarlarına Nəzarət Palatasında prudensial siyasət və bazar vasitəçilərinə nəzarət istiqamətləri üzrə rəhbər vəzifələrdə çalışıb. Tahirov 2001–2016-cı illərdə də AMB-də müxtəlif vəzifələrdə, o cümlədən prudensial nəzarət metodologiyası bölməsinin rəhbəri kimi fəaliyyət göstərib.
2019–2020-ci illərdə ABŞ-ın Boston Universitetində Hubert H. Humphrey Fellowship proqramında iştirak edən Tahirov maliyyə sistemlərinin dayanıqlılığı, tənzimləmə və nəzarət çərçivələri üzrə araşdırmalar aparıb.







